» » » Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində 13 pillə geriləyib

Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində 13 pillə geriləyib

Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində 13 pillə geriləyib

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. “Report”un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 13 pillə geriləyib.


Hazırda Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv 388 xalla 92-ci sırada qərarlaşıb. Milli üzvləri hesabat dövründə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin 2 oyununa çıxıblar. Sentyabrın 1-də səfərdə Norveçə 0:2 hesabı ilə uduzan yığma Bakıda San Marinonu darmadağın edib - 5:1. 


Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını oktyabrın 16-da açıqlanacaq.

Interesting facts scroll top