» » » Azərbaycan voleybol millisi Avropa çempionatı öncəsi son hazırlıq prosesinə başlayıb

Azərbaycan voleybol millisi Avropa çempionatı öncəsi son hazırlıq prosesinə başlayıb


 Sloveniya və İtaliya toplanışlarını başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıda ilk məşqinə çıxıb.


ucarliyiq.biz xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən hazırlıq prosesinə 16 voleybolçu qatılıb. Bunlar Ayşən Abduləzimova, Yuliya Kərimova, Şəfaqət Həbibova, Natalya Məmmədova, Aynur Kərimova, Alyona Həsənova, Anastasiya Qurbanova, Valeriya Məmmədova, Kristina Yaqubova, Kseniya Poznyak, Oksana Kiselyova, Odina Bayramova, Polina Rəhimova, Yana Kulan, Yekaterina Jidkova və Yelizaveta Səmədovadır.


Qeyd edək ki, milli komanda 22 sentyabr – 1 oktyabrda Azərbaycan və Gürcüstanda təşkil olunacaq Avropa çempionatında iştirak edəcək. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Almaniya, Polşa və Macarıstan yığmaları ilə bir qrupda yer alıb.

Interesting facts scroll top