» » » Azərbaycanın I Divizionunda iştirak edəcək komandaların adları təsdiqlənib

Azərbaycanın I Divizionunda iştirak edəcək komandaların adları təsdiqlənib

Azərbaycanın I Divizionunda iştirak edəcək komandaların adları təsdiqlənib

Azərbaycanın futbol üzrə I Divizionunda iştirak edəcək komandaların adları təsdiqlənib.


ucarliyiq.biz-in məlumatına görə, bu barədə qərar AFFA və Peşəkar Futbol Liqasının birgə komissiyasının növbəti iclasında qəbul olunub.


Həmin komandalar "Mil-Muğan”, "Qaradağ Lökbatan”, "Turan-Tovuz”, "Ağsu”, "Zaqatala”, "Vətən”, "Şüvəlan”, MOİK klublarından başqa, "Binə” və "Xəzər”dir. I Divizionda çıxış etmək hüququ qazana bilməyən "Şahdağ", "Göyəzən", "Göyçə", "Karvan", "Energetik" və "Bakılı"nın da oynaması üçün həvəskar statuslu "Region Liqası”nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq. Sənədləri qəbul olunmayan klublardan "Şahdağ", "Göyəzən", "Energetik" və "Bakılı" əvvəlki mövsümlərdə I Divizionda müntəzəm mübarizə aparıb.


Bu gün hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatları nəzərə almaqla yekun qərar verib.

Interesting facts scroll top