» » » Azərbaycanlı hakim Avropa Liqasının oyununu idarə edib

Azərbaycanlı hakim Avropa Liqasının oyununu idarə edib


Ötən gün 2017/2018-ci illər mövsümündə futbol üzrə Avropa Liqası oyunlarına start verilib.


ucarliyiq.biz xəbər verir ki, keçirilən 24 matçdan birini azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.


Onun "İ" qrupu çərçivəsində fit sahibi olduğu "Viktoriya Gimaraeş" (Portuqaliya) - "Zalsburq" (Avstriya) matçı 1:1 hesabı ilə başa çatıb.


Gimaraeş şəhərinin "Dom Afonso Enrikes" stadionunda keçirilən qarşılaşmada Ə.Ağayev 84-cü dəqiqədə meydana daxil olan "Zalsburq-in futbolçusu Lyaytqebə 90+4-cü dəqiqədə sarı vərəqə göstərib.


Oyunda qolları Pedrau ("Viktoriya", 25-ci dəqiqə) və Berişa ("Zalsburq", 45) vurub.


Qrupun digər matçında "Marsel" (Fransa) "Konyaspor"u (Türkiyə) 1:0 hesabı ilə məğlub edib.

Interesting facts scroll top