» » » "Neftçi” - "Zirə” oyununun biletləri satışa çıxarılıb

"Neftçi” - "Zirə” oyununun biletləri satışa çıxarılıb


Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "Neftçi” – "Zirə” oyununun biletləri satışa çıxarılıb.


“Report” xəbər verir ki, standart tribunalar üçün qiyməti 1 manat, VİP yerlər üçün isə 5 manat olan biletləri "Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki fan-şopdan əldə etmək mümkündür.


Məlumata görə, "N-KART” sahiblərinin bilet almalarına ehtiyac yoxdur, onlar oyun günü kartlarını təqdim etməklə, stadiona daxil ola bilərlər.


Qeyd edək ki, sentyabrın 16-da "Bakcell Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Interesting facts scroll top