» » » Çempionlar Liqasının qrup mərhələsində I turun ən yaxşı oyunçusu müəyyənləşib

Çempionlar Liqasının qrup mərhələsində I turun ən yaxşı oyunçusu müəyyənləşib


Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində I turun ən yaxşı oyunçusu müəyyənləşib. 


“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah bu ada layiq görülüb.


25 yaşlı misirli futbolçu həftənin ən yaxşı oyunçusu nominasiyasında Lionel Messi (“Barselona”), Neymar (PSJ), Kriştianu Ronaldu (“Real”), Harri Keyn (“Tottenhem”), Tayson (“Şaxtyor”), Romelu Lukaku (“Mançester Yunayted”) və Hames Rodrigesi (“Bavariya”) qabaqlayıb.


Qeyd edək ki, M.Salah “Liverpul”un İspaniya təmsilçisi “Sevilya” ilə 2:2 hesabı ilə heç-heçə etdiyi görüşdə bir qol vurub. 

Interesting facts scroll top