» » » Rəşad Sadiqov: “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim”

Rəşad Sadiqov: “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim”

Rəşad Sadiqov: “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim”
© Report/Orxan Əzim

“Neftçi”nin yeni futbolçusu Rəşad Sadiqov ictimaiyyətə təqdim olunub. 


“Report” xəbər verir ki, 33 yaşlı futbolçu “Bakcell Arena”da təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


- Hazırlıq durumunuz nə yerdədir?


- Fərdi şəkildə məşq edirdim. Çəki problemi olmadığına görə daha rahatdır. Yüz faiz də olmasa, 70 faiz hazıram. Futbolçularımızda özünəinam çatmırdı. Baş məşqçi özünəinamı qaytarmaq istəyir. İlk növbədə, bunu düzəltmək lazımdır.


- “Zirə”dən ayrıldıqdan sonra karyeranı bitirəcəyin deyilirdi...


- “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim.


- “Neftçi”nin uğursuzluğu lider futbolçunun yoxluğu ilə əlaqədar idi. Bu yükü üzərinə götürmək çətin olmayacaq?


- Hər komandada lider futbolçu olmalıdır. Çalışacağam ki, bu yükü üzərimə götürüm. Təkcə oyunumla yox, meydandan kənardakı davranışlarım və komanda yoldaşlarımla danışığımla da liderlik etməyə çalışacağam.


- Yay fasiləsində qısa zamanda formasını geyindiyiniz “Zirə”yə qarşı xüsusi motivasiya ilə oynayacaqsınız?


- Elə bir şey yoxdur. Peşəkar qaydada matça hazırlaşıram. Hər oyunda olduğu kimi, əlimdən gələni etməyə çalışacağam.


- “Zirə” sizi intizamsızlığa görə heyətdən kənarlaşdırdığını açıqladı. Bu barədə nə deyə bilərsiniz?


- “Zirə”dən ayrılmalıydım. “Astra” ilə oyundan sonra özüm də demişdim ki, komandaya qayıtmayacağam. Xarakterimiz tutmurdu. Buna görə də “Zirə”dən getməliydim.


- Maşınınızın saxlanılmasının “Zirə” ilə bağlı olduğu deyildi. Bu doğrudurmu?


- Buna inanmıram. Çünki həmin hadisədən sonra “Zirə”də qalan maaşım, mükafatım var idi. Onu da çağırıb verdilər. Maşınımın saxlanılmasının “Zirə” ilə bağlı olduğunu düşünmürəm.  

Interesting facts scroll top