» » » Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.


“Report” xəbər verir ki, həftənin matçları iki günü əhatə edəcək və hamısı Bakıda keçiriləcək.


Turun açılış oyunu “İnter”lə “Sumqayıt” arasında olacaq. Eyni – 6 xala malik kollektivlər hazırda turnir cədvəlində qonşudurlar. Bakılılar 4-cü, sumqayıtlılar isə 5-ci sıradadır. Lakin bu komandalar arasında baş tutan görüşlərin ümumi balansı meydan sahiblərinin xeyrinədir.


“İnter” əvvəlki 20 matçdan 12-də qalib gəldiyi halda, 2 dəfə uduzub. “Sumqayıt” 6 oyundur qələbə qazanmadığı halda, “ağ-göylər” son 9 qarşılaşmada meydanı qolsuz tərk etməyib.


Şənbə günü baş tutacaq digər oyun xüsusi önəm daşıyır. “Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədov “Zirə” ilə oyunda debüt edəcək. Hazırda turnir cədvəlində 9 xalla lider olan qəsəbə komandası “ağ-qaralar” üçün arzuolunmaz rəqibdir. 80 illik tarixə məxsus “Neftçi” heç vaxt “Zirə”ni məğlub edə bilməyib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda əvvəlki 8 matçdan 6-da qalib gəlib.


Premyer Liqanın debütanı “Səbail” bazar gününün ilk matçında “Qəbələ”ni qonaq edəcək. “Dalğa Arena”da baş tutacaq görüş bu kollektivlərin ilk dueli kimi tarixə düşəcək. Hazırda 7 xalla 3-cü sırada olan qonaqlar görüşün aşkar favoritidirlər.


Turun son oyunu “Qarabağ”la “Kəpəz”ə arasında olacaq. Çərşənbə axşamı Çempionlar Liqasının qrup mərhələsinin I turunda İngiltərədə “Çelsi”yə 0:6 hesabı ilə uduzan Ağdam təmsilçisi 1 xalla sonuncu pillədə qərarlaşan gəncəlilərlə görüşdə həmin ağır məğlubiyyəti unutdurmağa çalışacaq.


Bu kollektivlərin son 3 oyunda “Qarabağ” qalib gəlib. “Kəpəz” 20 oyundur qələbə qazanmır. Gəncəlilər sonuncu dəfə 15 il öncə 3 xal əldə edib. Ümumilikdə götürsək, Ağdam təmsilçisi əvvəlki 45 görüşdən 22-də 3 xala sevinib, 14 qarşılaşmada yenilib.


Azərbaycan Premyer Liqası


V tur


16 sentyabr (şənbə)


16:30. “İnter” – “Sumqayıt”


Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov


AFFA nümayəndəsi: Eldəniz Musayev


Hakim-inspektor: Məlik Həsənov


“İnter Arena”


19:00. “Neftçi” – “Zirə”


Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov


AFFA nümayəndəsi: Elbrus Abbasov


Hakim-inspektor: Xaqani Məmmədov


“Bakcell Arena”


17 sentyabr (bazar)


18:30. “Qarabağ” – “Kəpəz”


Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov


AFFA nümayəndəsi: Erkin Hüseynov


Hakim-ispektor: Şahin Cəfərov


Tofiq Bəhramov adına Respublika stadionu


21:00. “Səbail” – “Qəbələ”


Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov


AFFA nümayəndəsi: Ramiz Mustafayev


Hakim-inspektor: Füzuli Nəcəfov


“Dalğa Arena”

Interesting facts scroll top