» » » Almaniya 2024-cü il Avropa çempionatının keçirilməsi üçün stadionların siyahısını açıqlayıb

Almaniya 2024-cü il Avropa çempionatının keçirilməsi üçün stadionların siyahısını açıqlayıb


Almaniya Futbol İttifaqı (DFB) 2024-cü il Avropa çempionatının keçirilməsi üçün stadionların siyahısını açıqlayıb.


“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, qitə birinciliyinin təşkili üçün 10 arena uyğun görülüb. Bunlar “Alyans Arena” (Münhen), Olimpiaştadion (Berlin), “Siqnal İduna Park” (Dortmund), “Esprit Arena” (Dyusseldorf), “Kommersbank-Arena” (Frankfurt), “Feltins-Arena” (Qelzenkirhen) “Folksparkştadion” (Hamburq), “Rayn-Energi” (Köln), “Red Bul-Arena” (Leyptsiq) və “Mercedes-Benz Arena”dır (Ştutqart).


DFB 27 aprel 2018-ci il tarixinədək sənədlərin tam paketini UEFA-ya göndərməlidir.


Qeyd edək ki, 2024-cü il Avropa çempionatına ev sahibliyi ilə bağlı yekun qərar 2018-ci ilin sentyabrında veriləcək. Almaniyanın yeganə rəqibi Türkiyədir.

Interesting facts scroll top