» » » Bu gün Madriddəki "Estadio Metropolitano" stadionunun açılışı olacaq

Bu gün Madriddəki "Estadio Metropolitano" stadionunun açılışı olacaq


Bu gün 2018/2019 mövsümündə Çempionlar Liqasının (ÇL) final matçının keçirilməsi uğrunda mübarizədə Bakı Olimpiya Stadionunun yeganə rəqibi olan İspaniyanın paytaxtı Madriddəki "Estadio Metropolitano"nun açılışı olacaq.


“Report” xəbər verir ki, ÇL-də “Qarabağ”la eyni qrupda yer alan “Atletiko”nun rəqiblərini qəbul edəcəyi stadionda ilk görüş “Malaqa”ya qarşı reallaşacaq. 


İspaniya La Liqasının IV turu çərçivəsində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


Madriddəki 68 min nəfərlik arenada ilk ÇL matçı sentyabrın 27-də "Atletiko" ilə "Çelsi" arasında olacaq. Daha sonra həmin stadionda "Qarabağ" oynayacaq. Bu, oktyabrın 31-nə təsadüf edəcək.


Qeyd edək ki, 2018/2019 mövsümündə ÇL-in final matçının keçirilməsi ilə bağlı yekun qərar sentyabrın 21-də açıqlanacaq. 

Interesting facts scroll top