» » » "Qarabağ” - “Roma” oyununa 40 min bilet satılıb

"Qarabağ” - “Roma” oyununa 40 min bilet satılıb


"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı İtaliya təmsilçisi “Roma” ilə matç üçün bilet satışı davam edir.


ucarliyiq.biz Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, indiyə qədər 40 min bilet satılıb. 


Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.


Biletlərin qiymətləri:


VIP – 50 AZN


Kateqoriya 1 – 20 AZN


Kateqoriya 2 – 10 AZN


Kateqoriya 3 – 5 AZN


Kateqoriya 4 – 2 AZN


Şatış məntəqələri:


Asan Xidmət Mərkəzləri


Heydər Əliyev Sarayının kassası


28 Mall


Gənclik Mall


Park Bulvar (Qarabağ FK Fanshop)


M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)


Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)


Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)


Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək “Qarabağ” - “Roma” matçı saat 20:00-da başlayacaq. 

Interesting facts scroll top