» » » ABŞ-da avtoşou zamanı maşın tamaşaçıların üzərinə çıxıb, 11 nəfər yaralanıb

ABŞ-da avtoşou zamanı maşın tamaşaçıların üzərinə çıxıb, 11 nəfər yaralanıb


Amerikanın Boyse şəhərində keçirilən küçə avtoşousu zamanı "Porsche"nin sürücüsü tamaşaçıların üzərinə çıxıb.


ucarliyiq.biz xəbər verir ki, qəza nəticəsində azı 11 nəfər xəsarət alıb.


Yerli polisin ilkin fərziyyəsinə görə, sürücü insanlar qarşısında "özünü göstərmək" istəyib və idarəetməni itərərək maşını onların üstünə sürüb.


Sürücü saxlanılmayıb, o, istintaqla əməkdaşlıq edir.


Polisin məlumatına görə, yaralıların həyatı üçün təhlükə yoxdur.

Interesting facts scroll top