» » » Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.


ucarliyiq.biz-in məlumatına görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i qəbul edib.


Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 34-cü dəqiqədə Coşqun Diniyev, 80-ci dəqiqədə isə Dani Kintana vurub.


Bu görüşdə Kintana 37 gündən sonra zədəsini bərpa edərək, yaşıl meydanlara qayıdıb. 83-cü dəqiqədə isə Türkiyə "Trabzonspor-indan icarəyə götürülmüş Ramil Şeydayev Azərbaycan Premyer Liqasında debüt edib. O, Dino Ndlovunu əvəzləyib.


Qeyd edək ki, bu qələbə sayəsində "Qarabağ" xallarını 12-yə çatdırsa da, elə 2-ci pillədə qalıb. Lakin Ağdam komandasının ehtiyatda bir oyunu var. 1 xalı olan "Kəpəz" isə "Neftçi" ilə 7-8-ci yerləri bölüşür.

Interesting facts scroll top