» » » UEFA prezidenti: “Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”

UEFA prezidenti: “Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”

UEFA prezidenti: “Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”
© JURE MAKOVEC / AFP

“Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”. “Report” xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin UEFA-nın 13-cü Növbədənkənar Konqresində çıxışı zamanı deyib.


Sloveniyalı funksioner bildirib ki, yarış balansı qitə futbol qurumunun bir nömrəli prioritetidir. O, növbəti səviyyəyə keçmək üçün ideal mövqedə olduqlarını söyləyib: “UEFA prezidenti postunda olduğum 1 il 6 gün müddətində idarəetmə baxımından əhəmiyyətli irəliləyişə nail olmuşuq. Hazırda harmoniya dövrünü yaşayırıq”.


Qeyd edək ki, Aleksander Çeferin ötən ilin sentyabrında Yunanıstanın paytaxtı Afinada UEFA-nın Növbədənkənar Konqresində qurumun prezidenti seçilib. Onun səlahiyyət müddəti 2,5 illikdir.

scroll top