» » » Azərbaycanın iki boksçusu yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın iki boksçusu yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın iki boksçusu yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan millisinin iki boksçusu Bolqarıstan Albena şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb.


“Report” xəbər verir ki, Vaqif Kazımovun baş məşqçi olduğu komandada Səlim Səlimov (63 kq) və Murad Allahverdiyev (75 kq) fəxri kürsüyə yüksəliblər.


Səlimov polşalı Miçak Jarlinski və ukraynalı Elvin Əliyevə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ingiltərəli Cek Olifantla qarşılaşan yığma üzvü finala adlaya bilməyib.


Allahverdiyev isə moldovalı Pavel Platon, belaruslu Denis Lapuşanski və ermənistanlı Rafael Hovannisyanı mübarizədən kənarlaşdırıb. O, yarımfinalda bolqarıstanlı Daniel Lyubenova məğlub olaraq, bürünc medalla kifayətlənib.


Azərbaycan millisi komanda hesabında 12 - 14-cü yerləri bölüşüb. Siyahıda birinci yeri isə 7 qızıl və 2 bürünc medal qazanan Rusiya tutub.


Qeyd edək ki, birincilikdə 32 ölkədən 260 boksçu qüvvəsini sınayıb.

scroll top