» » » “Qarabağ”ın rəqibi futbolçusu ilə yeni müqavilə bağlayır

“Qarabağ”ın rəqibi futbolçusu ilə yeni müqavilə bağlayır


Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İtaliyanın “Roma” komandası futbolçusu Kostas Manolasla yeni müqavilə bağlayacaq.


“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, oktyabrda 2018-ci il dünya çempionatının seçmə qrup matçları zamanı yaranacaq fasilədə 26 yaşlı mərkəz müdafiəçisinin sözləşməsi 2022-ci ilin iyununadək uzadılacaq. Yeni anlaşmaya əsasən, Manolasın illik maaşı 3 milyon avro təşkil edəcək. Onun sərbəst qalma dəyərinin isə 30 milyon avro olacağı bildirilir.


Qeyd edək ki, Kostas Manolas 2014-cü ildə Yunanıstan “Olimpiakos”undan 13 milyon avro qarşılığında “Roma”ya keçib. Onun mövcud müqaviləsi 2019-cu il iyunun 30-dək nəzərdə tutulub.

scroll top