» » » Fatih Terim İran klubundan təklif alıb

Fatih Terim İran klubundan təklif alıb


İranın "İstiqlal" klubu futbol üzrə Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terimlə danışıqlara başlayıb. ucarliyiq.biz xəbər verir ki, bu barədə Tehran klubunun təmsilçisi Emir Sultani "Tasnim" agentliyinə bildirib.


O, 64 yaşlı mütəxəssislə İstanbuldakı mənzilində görüşdüklərini açıqlayıb. Sultaninin sözlərinə görə, Terim təklifi məmnuniyyətlə qarşılayıb və öz şərtlərini irəli sürüb. Klub prezidenti həmin şərtləri klub daxilində müzakirə etdikdən sonra qərar qəbul edəcəklərini diqqətə çatdırıb: "Şübhəsiz ki, Terim dünyanın ən yaxşı müsəlman baş məşqçisidir. Onun kimi önəmli mütəxəssisin İran futbolunda yer alması həm texniki, həm də iqtisadi baxımdan komandamıza çox böyük kömək edəcək. Yaxın günlərdə klub daxilində məsələ müzakirə olunacaq və müvafiq qərar veriləcək".


Sultani Terim üçün böyük məbləğdə vəsait ödəməyə hazır olduqlarını, həmin xərcləri tanıtım gəlirləri, başda "Qalatasaray" olmaqla Türkiyənin aparıcı komandaları ilə yoldaşlıq görüşləri təşkil etməklə qarşılayacaqlarını da vurğulayıb.


Qeyd edək ki, "İstiqlal" ötən həftə Ali Rıza Mansuriyanı baş məşqçi postundan istefaya göndərib. Klub idarəçisi Rıza İftikari üstünlüyü Fatih Terimə verəcəklərini açıqlayıb. 

scroll top