» » » Braziliyanın Beynəlxalq Olimpiya Komitəsi üzvlüyü dondurulub

Braziliyanın Beynəlxalq Olimpiya Komitəsi üzvlüyü dondurulub


Beynəlxalq Olimpiya Komitəsi (İOC) Braziliyanın üzvlüyünü müvəqqəti dondurub. 


ucarliyiq.biz-in məlumatına görə, buna korrupsiya qalmaqalı səbəb olub. 


Oktyabrın 5-də Rio-de-Janeyro polisi Braziliya Milli Olimpiya Komitəsinin (MOK) və "Olimpiada-2016"nın Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzmanı korrupsioner fəaliyyətdə şübhəli bilərək, həbs edib. Rio-de-Janeyronun 2016-cı il Yay Olimpiya Oyunlarının təşkilatçılıq hüququna yiyələnməsi üçün Nuzmanın 2 milyon dollar rüşvət verdiyi bildirilir. 


İOC-un qərarı ilə o,  fəxri üzv kimi bütün hüquq və güzəştlərdən məhrum olunub, "Olimpiada-2020"nin Koordinasiya Komissiyasının tərkibindən çıxarılıb.

scroll top