» » » DÇ-2018: Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun son görüşləri keçiriləcək

DÇ-2018: Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun son görüşləri keçiriləcək


Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun son görüşləri keçiriləcək.


ucarliyiq.biz-in məlumatına görə, turun üçüncü oyun günündə A, B və H qruplarında 9 qarşılaşma oynanılacaq.


A qrupunda yer alan Fransa millisi Bolqarıstanın qonağı olacaq. İsveç Lüksemburqu qəbul edəcəksə, Hollandiya Belarusun qonağı olacaq. İsveç uduzsa və Hollandiya xal itirsə, Fransa səfər qələbəsi sayəsində DÇ-2018-in final mərhələsinə birbaşa vəsiqə qazanacaq.


B qrupunda Portuqaliyanın səfərdə Andorra ilə görüşdə xal itirəcəyi inandırıcı görünmür. Bu səbəbdən hətta İsveçrə Macarıstanı yensə belə, qrup liderliyinin taleyi son turda həll olunacaq. Bu, Portuqaliya - İsveçrə görüşünə təsadüf edəcək.


H qrupunda isə Belçika artıq qrup qalibi kimi final mərhələsində iştirak hüququna yiyələnib. Bu komanda "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin də yer aldığı Bosniya və Herseqovina millisinin qonağı olacaq. Meydan sahibləri qalib gəlsələr və Yunanıstan Kiprlə səfər oyununda xal itirsə, "pley-off"a vəsiqənin sahibi də müəyyənləşəcək. Bu, Bosniya və Herseqovina olacaq.


DÇ-2018


Seçmə qrup mərhələsi, IX tur


7 oktyabr


A qrupu


20:00. İsveç - Lüksemburq


22:45. Bolqarıstan - Fransa


22:45. Belarus - Hollandiya


Xal durumu: Fransa - 17, İsveç - 16, Hollandiya - 13, Bolqarıstan - 12, Lüksemburq - 5, Belarus - 5


B qrupu


20:00. Farer adaları - Latviya


22:45. İsveçrə - Macarıstan


22:45. Andorra - Portuqaliya


Xal durumu: İsveçrə - 24, Portuqaliya - 21, Macarıstan - 10, Farer adaları - 8, Andorra - 4, Latviya - 3.


H qrupu


20:00. Bosniya və Herseqovina - Belçika


20:00. Cəbəllütariq - Estoniya


22:45. Kipr - Yunanıstan


Xal durumu: Belçika - 22, Bosniya və Herseqovina - 14, Yunanıstan - 13, Kipr - 10, Estoniya - 8, Cəbəllütariq - 0.

scroll top