» » » DÇ-2018: Almaniya yığması Azərbaycan milli komandası ilə matç ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib

DÇ-2018: Almaniya yığması Azərbaycan milli komandası ilə matç ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib


Almaniya yığması Azərbaycan milli komandası ilə bu gün keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.


ucarliyiq.biz-in Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, hücumçu Yulian Draksler heyətdən çıxarılıb. Fransa PSJ-sində çıxış edən forvardın qripə yoluxduğu açıqlanıb.


Qeyd edək ki, Kayzerslautern şəhərindəki "Frits Valter" stadionunda keçiriləcək Almaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.   

scroll top