» » » DÇ-2018: Almaniya və Azərbaycan yığmaları arasında matçda hesab dəyişib - YENİLƏNİB-3

DÇ-2018: Almaniya və Azərbaycan yığmaları arasında matçda hesab dəyişib - YENİLƏNİB-3

DÇ-2018: Almaniya və Azərbaycan yığmaları arasında matçda hesab dəyişib - YENİLƏNİB-3

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab dəyişib.


ucarliyiq.biz-in məlumatına görə, Almaniya yığmasının oyunçusu Sandro Wagner matçın 54-cü dəqiqəsində meydan sahiblərini hesabda irəli çıxarıb: Almaniya - Azərbaycan - 2:1



***23:20


Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab bərabərləşib.


ucarliyiq.biz xəbər verir ki, Azərbaycan yığmasının 11 nömrəli oyunçusu Ramil Şeydayev matçın 34-cü dəqiqəsində hesabı bərabərləşdirib: Almaniya-Azərbaycan 1:1



***22:54


Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab açılıb.


ucarliyiq.biz xəbər verir ki, Almaniya yığmasının oyunçusu Leon Qoretska 8-ci dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarıb. Almaniya: Azərbaycan - 1:0



***22:46


Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununa başlayıb.


ucarliyiq.biz-in məlumatına görə, Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv Almaniya yığmasının qonağıdır.


C qrupunda 9 turdan sonra Bundestim 27 xalla 1-ci pillədə qərarlaşıb. Yoahim Lövün rəhbərlik etdiyi komanda Rusiyada keçiriləcək final mərhələsinə vəsiqəni hələ ötən tur rəsmiləşdirib. Azərbaycan isə 10 xalla 5-ci yerdədir.


Qeyd edək ki, iki komanda arasında martın 26-da Bakıda keçirilmiş görüşdə Almaniya millisi 3:1 hesablı qələbə qazanıb. Həmin vaxt Azərbaycan yığmasının yeganə qolunu Dmitri Nazarov vurub.


Dünya çempionatı


Seçmə mərhələ, C qrupu


Almaniya - Azərbaycan


Baş hakim: Andris Treymanis


Yan xətt hakimləri: Harald Gudermanis, Aleksey Spasyonnikov


Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya)


Kayzerslaytern. Fritz Valter stadionu.

scroll top