» » » Yoaxim Löv: "İlk hissədə tam yaxşı oynamadıq"

Yoaxim Löv: "İlk hissədə tam yaxşı oynamadıq"


“Oyunçularımı təbrik edirəm. On qələbə göstərir ki, həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz".


ucarliyiq.biz xəbər verir ki, bunu Almaniya millisinin baş məşqçisi Yoaxim Löv Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandası ilə oyundan sonra deyib.


Baş məşqçi qeyd edib ki, Almaniya yığması matçın birinci hissəsində yaxşı oynamayıb: "Bizim üçün rəqibin fərqi yoxdur. İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik. Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdır. 


İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi. İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan komandası hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər”.

scroll top