» » » Dünya çempionatına vəsiqə Misir yığmasının hər bir futbolçusuna 83 min dollar qazandıracaq

Dünya çempionatına vəsiqə Misir yığmasının hər bir futbolçusuna 83 min dollar qazandıracaq

Dünya çempionatına vəsiqə Misir yığmasının hər bir futbolçusuna 83 min dollar qazandıracaq

2018-ci il dünya çempionatına vəsiqə qazanan Misir yığmasının futbolçularının hər biri 83 min dollar mükafat alacaq.


“Report”un “Əl-Vatan” qəzetinin elektron versiyasına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Ektor Kuperə 500 min dollar mükafat ödəniləcək.


Qeyd edək ki, Afrika zonasında E qrupunda çıxış edən Misir yığması evdə Konqo üzərində 2:1 hesablı qələbə sayəsində tarixində 3-cü dəfə mundiala vəsiqə qazanıb. Sona bir tur qalmış xallarını 12-yə çatdıran misirlilər ən yaxın izləyici Uqandadan 4 xal aralanıb.

scroll top