» » » “Qızıl top”a namizəd ilk 5 futbolçunun adı açıqlanıb

“Qızıl top”a namizəd ilk 5 futbolçunun adı açıqlanıb


“France Football” nəşri hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlamağa başlayıb.


“Report” nüfuzlu nəşrin rəsmi saytına istinadən xəbər verir ki, hələlik açıqlanan “beşlik”də 222 milyon avroya İspaniyanın “Barselona” komandasından Fransa təmsilçisi PSJ-yə transfer olunan Neymar da yer alıb.


Braziliyalı ilə yanaşı, İspaniya “Real Madrid”indən Luka Modriçlə Marselo, İngiltərə təmsilçisi “Çelsi”dən N`Qolo Kante və İtaliyanın “Yuventus” klubundan Paulo Dibala siyahıda yer alıb.


Namizədlərin yekun siyahısındakı qalan 25 futbolçu gün ərzində açıqlanacaq.


Qeyd edək ki, “France Football” 1956-cı ildən “Qızıl top” mükafatını təqdim edir. 2008-ci ildən dünyanın ən yaxşı futbolçusu adına “Barselona”nın kapitanı Lionel Messi ilə “Real Madrid”in hücumçusu Kriştianu Ronaldu layiq görülüblər. Argentinalı 5, portuqaliyalı isə 4 dəfə “Qızıl top” alıb.

scroll top