» » » “Qızıl top”a namizəd olan daha 5 futbolçunun adı açıqlanıb - YENİLƏNİB-1

“Qızıl top”a namizəd olan daha 5 futbolçunun adı açıqlanıb - YENİLƏNİB-1


“France Football” nəşri hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatına namizəd daha 5 oyunçunun adını açıqlayıb. 


“Report” Fransa nəşrinin rəsmi saytına istinadən xəbər verir ki, ikinci “beşlik”də İspaniyanın "Barselona", "Real Madrid" və "Atletiko" komandalarının futbolçuları da var. Bunlar müvafiq olaraq hücumçu Luis Suares, müdafiəçi Serxio Ramos və qapıçı Yan Oblakdır. 


İngiltərə təmsilçisi "Liverpul-in yarımmüdafiəçisi Filippe Koutinyo və İtaliya "Napoli"sinin hücumçusu Dris Mertens də “Qızıl top”a iddialıdır.



*** 11:58


“France Football” nəşri hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlamağa başlayıb.


“Report” nüfuzlu nəşrin rəsmi saytına istinadən xəbər verir ki, hələlik açıqlanan “beşlik”də 222 milyon avroya İspaniyanın “Barselona” komandasından Fransa təmsilçisi PSJ-yə transfer olunan Neymar da yer alıb.


Braziliyalı ilə yanaşı, İspaniya “Real Madrid”indən Luka Modriçlə Marselo, İngiltərə təmsilçisi “Çelsi”dən N`Qolo Kante və İtaliyanın “Yuventus” klubundan Paulo Dibala siyahıda yer alıb.


Namizədlərin yekun siyahısındakı qalan 25 futbolçu gün ərzində açıqlanacaq.


Qeyd edək ki, “France Football” 1956-cı ildən “Qızıl top” mükafatını təqdim edir. 2008-ci ildən dünyanın ən yaxşı futbolçusu adına “Barselona”nın kapitanı Lionel Messi ilə “Real Madrid”in hücumçusu Kriştianu Ronaldu layiq görülüblər. Argentinalı 5, portuqaliyalı isə 4 dəfə “Qızıl top” alıb.

scroll top