» » » Almaniya millisinin qapıçısı Azərbaycan yığmasından buraxdığı qolu şərh edib

Almaniya millisinin qapıçısı Azərbaycan yığmasından buraxdığı qolu şərh edib

Almaniya millisinin qapıçısı Azərbaycan yığmasından buraxdığı qolu şərh edib

“İlk yarıda bir neçə uğursuz hərəkətim oldu. Top ötürərkən ayağım sürüşdü. Həmçinin qol epizodunda zərbə yaxın küncə vurulsa belə, top əl ilə bədənimin yuxarı hissəsi arasından keçdi. Belə zərbələri dəf etmək hər zaman çətin olur”. 


“Report” xəbər verir ki, bunu “Kicker”ə müsahibəsində Almaniya millisinin qapıçısı Bernd Leno 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması üzərində 5:1 hesablı qələbə qazandıqları görüşdə buraxdığı qolu şərh edərkən deyib.


25 yaşlı qolkiper meydanın vəziyyətindən şikayətlənib. Leno bildirib ki, bu səbəbdən komandanın iki üzvü zədələnib və özü də topu oyuna daxil edərkən çətinlik çəkib: “Komanda ilə birgə qapını sonadək toxunulmaz saxlamaq istəyirdik. Yeni kollektivlə meydana çıxmışdıq. Matçın əvvəlində hər şeyin alınmaması məntiqlidir. Meydan da ağır idi. Çoxları yıxıldı. Niklas Süle və Şkodran Mustafi zədələndi. Topu oyuna daxil edərkən daha diqqətli olmalıyam. Həm də ot örtüyü çox boş və sulu idi. Lakin bu, bəhanə ola bilməz və baş verməməlidir. Xoşbəxtlikdən fəsadları ağır olmadı”.


Qeyd edək ki, Almaniya millisi C qrupunda 10 görüşün hamısında qələbə qazanaraq mundiala vəsiqə əldə edib və evdə yalnız bir qol buraxıb. Azərbaycan yığması 10 xalla 5-ci yerdə qalıb. Şimali İrlandiya 19 xalla 2-ci, Çexiya 15 xalla 3-cü, Norveç 13 xalla 4-cü yeri tutub. San Marino isə seçmə tsikli xalsız bitirib.

scroll top