» » » Şahmat üzrə dünya çempionu adı uğrunda növbəti görüş 2018-ci ilin noyabrında keçiriləcək

Şahmat üzrə dünya çempionu adı uğrunda növbəti görüş 2018-ci ilin noyabrında keçiriləcək

Şahmat üzrə dünya çempionu adı uğrunda növbəti görüş 2018-ci ilin noyabrında keçiriləcək

Şahmat üzrə dünya çempionu adı uğrunda növbəti görüş 2018-ci ilin noyabrında İngiltərənin paytaxtı Londonda keçiriləcək.


ucarliyiq.biz-in TASS-a istinadən verdiyi məlumata görə, həmin qarşılaşmada tərəflərdən biri şahmat tacının hazırkı sahibi Maqnus Karlsen olacaq.


Norveçli şahmatçı 10 - 28 mart 2018-ci il tarixində təşkil olunacaq iddiaçılar turnirinin qalibi ilə üz-üzə gələcək.


Hələlik şahmat tacı uğrunda görüşün Londonda təşkili barədə rəsmi və yekun qərar verilməyib. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov İngiltərə paytaxtında biznesmenlər və hüquqşünaslarla görüş keçirib. Onlar İlümjinovun istəyinə dəstək olacaqlarına söz veriblər.


2016-cı ildə dünya çempionluğu uğrunda matç ABŞ-ın Nyu-York şəhərində keçirilib. Həmin görüşdə Maqnus Karlsen rusiyalı Sergey Karyakini tay-breykdə yenib.

scroll top