» » » 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinə yekun vurulacaq

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinə yekun vurulacaq


Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsində son görüşlər keçiriləcək. “Report” xəbər verir ki, X tur çərçivəsində A, B və H qruplarında ümumilikdə 9 qarşılaşma oynanılacaq. 


A qrupunun lideri Fransa yığması Belarusu qəbul edəcəyi halda, ikinci sıradakı İsveç Hollandiyanın qonağı olacaq. Mundiala vəsiqəni təmin etmək üçün fransızların taleləri öz əllərindədir. Skandinaviyalılar isə rəqib meydanında uğur qazanmaqla yanaşı, “xoruzlar”ın büdrəməsinə ümid etməlidirlər. Üstəlik, hollandiyalılar qalib gələcəkləri təqdirdə, qrup 2-cisi olacaqlar.


B qrupunda vəsiqənin sahibi Portuqaliyada bəlli olacaq. Meydan sahibləri dünya çempionatına yollanmaq üçün seçmə mərhələdə keçirdiyi bütün oyunlarda qalib gələn İsveçrə millisini 2 cavabsız qolla üstələməlidirlər. Əks halda, son Avropa çempionları bəxtlərini “pley-off” mərhələsində sınamalı olacaqlar.


H qrupunda isə artıq Belçika millisinin dünya çempionatında iştirak edəcəyi dəqiqləşib. İkincilik uğrunda Yunanıstan ilə Bosniya və Herseqovina arasında mübarizə getsə də, sonuncunun 14 xalı var. Bu isə o deməkdir ki, sözgündək kollektivin seçmə mərhələnin ən zəif ikincisi olma və "pley-off"a yüksəlməmə ehtimalı böyükdür. Üstəlik, Yunanıstanın keçirdiyi bütün görüşlərdə məğlub olan Cəbəllütariqi üstələyəcəyi heç kimdə şübhə doğurmur.


DÇ-2018


Seçmə qrup mərhələsi


X tur




A qrupu


22:45. Fransa - Belarus


22:45. Hollandiya - İsveç


22:45. Lüksemburq - Bolqarıstan


Xal durumu: Fransa - 20, İsveç - 19, Hollandiya - 16, Bolqarıstan - 12, Belarus - 5, Lüksemburq - 5.


B qrupu


22:45. Latviya - Andora


22:45. Portuqaliya - İsveçrə


22:45. Macarıstan - Farer adaları


Xal durumu: İsveçrə - 27, Portuqaliya - 24, Macarıstan - 10, Farer Adaları - 9, Latviya - 4, Andorra - 4.


H qrupu


22:45. Belçika - Kipr


22:45. Estoniya - Bosniya və Herseqovina


22:45. Yunanıstan - Cəbəllütariq


Xal durumu: Belçika - 25, Yunanıstan - 16, Bosniya və Herseqovina - 14, Estoniya - 11, Kipr - 10. Cəbəllütariq - 0.

scroll top