» » » Xaqani Məmmədov: "Azərbaycanın FİFA referilərinin sayı artırıla bilər"

Xaqani Məmmədov: "Azərbaycanın FİFA referilərinin sayı artırıla bilər"

Xaqani Məmmədov: "Azərbaycanın FİFA referilərinin sayı artırıla bilər"
© Report — AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov

Azərbaycanın FİFA referilərinin sayı dördə çata bilər. 


Bu barədə “Report”a AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.


O bildirib ki, hazırkı üç baş hakimdən əlavə, daha bir nəfərin də adı FİFA Hakimlər Komitəsinə göndərilən siyahıya daxil edilib. X.Məmmədov həmin referinin adını öncədən açıqlamağın doğru olmadığını söyləyib: “Hazırda üç FİFA referimiz var. Bunlar Əliyar Ağayev, Rəhim Həsənov və Ömər Paşayevdir. Onların sayını dördə çatdırmaq istəyirik. Bu məqsədlə daha bir baş hakimin adını siyahıya daxil etmişik. Lakin son qərarı yenə də noyabrda FİFA verəcək”.


Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunlarına daha çox təyinat alan Rəvan Həmzəzadə və ya Orxan Məmmədovun siyahıda dördüncü referi olma ehtimalı daha böyükdür. O.Məmmədov daha əvvəl FİFA referisi statusunu daşıyıb.  

scroll top