» » » İslandiya prezidenti yığmanın oyununu azarkeşlərlə birgə izləyib

İslandiya prezidenti yığmanın oyununu azarkeşlərlə birgə izləyib


İslandiya prezidenti Qudni Yohansson ölkəsinin futbol üzrə yığma komandasının oyununu azarkeşlərlə birgə izləyib.


“Report” xəbər verir ki, dövlət başçısı 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuncu – X turu çərçivəsində Kosovoya qarşı görüşə VİP lojadan deyil, azarkeş tribunasından baxmağı üstün tutub.


Oyun islandiyalıların 2:0 hesablı qalibiyyəti ilə nəticələnib. Bu qələbədən sonra xalını 22-ə çatdıran İslaniya yığması İ qrupunda 1-ci olub və mundiala birbaşa vəsiqə qazanıb. Bu, həm də şimallıların iştirak edəcəkləri ilk dünya çempionatı olacaq.


Qeyd edək ki, İ qrupunda Xorvatiya 20 xalla 2-ci, Ukryana isə 17 xalla 3-cü olub.

scroll top