» » » AFFA “Trabzonspor” klubunun futbolçusunun milliləşdirilməsi ilə bağlı iddiaya münasibət bildirib

AFFA “Trabzonspor” klubunun futbolçusunun milliləşdirilməsi ilə bağlı iddiaya münasibət bildirib

AFFA “Trabzonspor” klubunun futbolçusunun milliləşdirilməsi ilə bağlı iddiaya münasibət bildirib
© Report

AFFA Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Tayyip Ebrar Cumurun milliləşdirilməsi ilə bağlı iddiaya münasibət bildirib.


Qurumun İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu “Report”a açıqlamasında xəbəri təkzib edib. O, sözügedən oyunçunun AFFA-nın maraq dairəsində olmadığını söyləyib: “Məsələ ilə bağlı AFFA-nn Texniki departamenti ilə danışdım. Mənə dedilər ki, Tayyip Ebrar Cumurla bağlı iddia həqiqəti əks etdirmir”.


Qeyd edək ki, Türkiyə mətbuatında yer alan xəbərlərdə 1999-cu il təvəllüdlü mərkəz yarımmüdafiəçisinin Azərbaycanda doğulduğu və müvafiq pasporta malik olduğu bildirilir. 

scroll top