» » » Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb


Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli müəyyənləşib. 


“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həftənin matçları 3 günü əhatə edəcək.


Turun açılış oyunu oktyabrın 13-də “İnter” və “Qarabağ” komandaları arasında olacaq. Ertəsi “Zirə” “Kəpəz”i, “Sumqayıt” isə “Qəbələ”ni qəbul edəcək.


Bazar günü baş tutacaq “Neftçi” – “Səbail” görüşünün yeri isə dəyişdirilib. Bu, “ağ-qaralar”ın PFL-ə müraciəti əsasında baş tutub. Bakılılar ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun qazonunda yenilənmə işləri aparıldığını rəhbər tutaraq VIII turun oyununun yerinin dəyişdirilməsini istəyiblər. “Neftçi” klubunun müraciətini və “Səbail” klubunun razılıq məktubunu nəzərə alan PFL VIII turun “Neftçi” – “Səbail” matçının “Dalğa Arena”da keçirilməsinə qərar verib. VIII turda meydan sahibi “Səbail”, hər iki komandanın iştirakı ilə üçüncü dövrənin oyununda meydan sahibi kimi “Neftçi” təsdiq edilib.


Azərbaycan Premyer Liqası


VIII tur


13 oktyabr (cümə)


15:30. “İnter” – “Qarabağ”


“İnter Arena”


14 oktyabr (şənbə)


16:00. “Zirə” – “Kəpəz”


Zirə İdman Kompleksinin stadionu


18:00. “Sumqayıt” – “Qəbələ”


“Kapital Bank Arena”


15 oktyabr (bazar)


18:30. “Səbail” – “Neftçi”


“Dalğa Arena”

scroll top