» » » Azərbaycan U-17 yığması AÇ-2018-in ilkin seçmə mərhələsinə mğəlubiyyətlə başlayıb

Azərbaycan U-17 yığması AÇ-2018-in ilkin seçmə mərhələsinə mğəlubiyyətlə başlayıb

Sofiya. 10 oktyabr. 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib. 


“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Bolqarıstanın Qorna Oryaxovitsa şəhərindəki "Lokomotiv" stadionunda İrlandiya yığması ilə qarşılaşan Mirbağır İsayevin rəhbərlik etdiyi Azərbaycan millisi 6:0 hesabı ilə məğlub olub. 


Birinci hissədə meydanı 4:0 hesablı qələbə ilə tərk edən irlandiyalı futbolçular fasilədən sonra Azərbaycan yığmasının qapısına daha 2 cavabsız qol vurublar. İrlandiya yığmasının heyətində 9 nömrəli hücumçu Adam Uche İdah het-trikə imza atıb. 


Məlumat üçün bildirək ki, millimiz ilkin seçmə mərhələdə növbəti oyununu oktyabrın 13-də Ukrayna yığmasına qarşı keçirəcək. 


Qeyd edək ki, bu dəqiqələrdə başlayan qrupun digər oyununda meydan sahibləri Bolqarıstan yığması Ukrayna millisilə qarşılaşır.


10 oktyabr.


XI qrup


“İrlandiya U-17” – “Azərbaycan U-17” – 6:0


Qollar: A. Uche İdah, 6, 24,58, Brennan, 36, M. Murphy, 38,T. Samuel Wright, 43, M. Walsh, 49, S.Mahon, 57.

scroll top