» » » DÇ-2018-ə Avropa zonasından son 2 vəsiqənin sahibi və "play-off"çular müəyyənləşib

DÇ-2018-ə Avropa zonasından son 2 vəsiqənin sahibi və "play-off"çular müəyyənləşib


Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsində son görüşlər keçirilib.


ucarliyiq.biz xəbər verir ki, X tur çərçivəsində A, B və H qruplarında ümumilikdə 9 qarşılaşma oynanılıb.


A qrupunun lideri Fransa yığması Belarusu məğlub edərək, Rusiyada təşkil olunacaq final mərhələsinə birbaşa vəsiqə qazanıb. İsveç isə Hollandiyaya uduzsa da, top fərqinin daha üstün olması səbəbindən 2-ci yeri tutaraq, "play-off"a yüksəlib.


B qrupunda vəsiqənin sahibi Portuqaliyada bəlli olub. Meydan sahibləri dünya çempionatına yollanmaq üçün seçmə mərhələdə keçirdiyi bütün oyunlarda qalib gələn İsveçrə millisini 2 cavabsız qolla üstələyə biliblər. Bununla da Kriştianu Ronaldunun DÇ-2018-də olacağı dəqiqləşib. İsveçrə isə "play-off"da oynayacaq.


H qrupunda isə Belçika millisinin dünya çempionatında iştirak edəcəyi hələ 2 tur əvvəldən bilinirdisə, ikinci yerin sahibi son turda dəqiqləşib. Yunanıstan Cəbəllütariqi darmadağın edərək, "play-off"a çıxıb.


Beləliklə, Avropa zonasından Fransa, Portuqaliya və Belçika ilə yanaşı, Almaniya, Serbiya, Polşa, İngiltərə və İspaniya da Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə yüksəlib. İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya isə "play-off"da qalan 4 vəsiqə üçün mübarizə aparacaqlar. Ən az (18 xal) toplamış Slovakiya isə qrupda qalıb. "Play-off" mərhələsinin püşkü oktyabrın 17-də atılacaq.


DÇ-2018


Seçmə qrup mərhələsi


X tur


A qrupu


22:45. Fransa - Belarus - 2:1


Qollar: Antuan Qrizmann, 27. Olivye Jiru, 33 - Anton Saroka, 44


22:45. Hollandiya - İsveç - 2:0


Qol: Aryen Robben, 16;40


22:45. Lüksemburq - Bolqarıstan - 1:1


Qol: Olivye Till, 3 - İvaylo Çoçev, 68


Xal durumu: Fransa - 23, İsveç - 19, Hollandiya - 19, Bolqarıstan - 13, Lüksemburq - 6, Belarus - 5.


B qrupu


22:45. Latviya - Andora - 4:0


Qollar: Davis İkaunieks, 11. Valeri Şabala, 19; 59. İqor Tarasov, 63


22:45. Portuqaliya - İsveçrə - 2:0


Qol: Yohan Curu, 41-öz qapısına. Andre Silva, 57


22:45. Macarıstan - Farer adaları - 1:0


Qol: Daniel Böde, 81


Xal durumu: Portuqaliya - 27, İsveçrə - 27, Macarıstan - 13, Farer Adaları - 9, Latviya - 7, Andorra - 4.


H qrupu


22:45. Belçika - Kipr - 4:0


Qol: Eden Azar, 12; 63-penalti ilə. Torqan Azar, 52. Romelu Lukaku, 78


22:45. Estoniya - Bosniya və Herseqovina - 1:2


Qol: İlya Antonov, 75 - İzet Hayroviç, 48; 84


22:45. Yunanıstan - Cəbəllütariq - 4:0


Qol: Vasilis Torosidis, 32. Kostas Mitroğlu, 61; 63. Yannis Yanniotas, 78


Xal durumu: Belçika - 28, Yunanıstan - 19, Bosniya və Herseqovina - 17, Estoniya - 11, Kipr - 10. Cəbəllütariq - 0.

scroll top