» » » Messinin het-triki Argentinanı dünya çempionatına çıxarıb

Messinin het-triki Argentinanı dünya çempionatına çıxarıb


Futbol üzrə Argentina yığması Rusiyada keçirilən 2018-ci il Dünya çempionatına vəsiqə qazanıb.


“Report” xəbər verir ki, Cənubi Amerika üzrə təsnifat mərhələsinin 18-ci turu çərçivəsində keçirilən həlledici oyunda argentinalılar səfərdə Ekvador üzərində 3:1 hesablı inamlı qələbə qazanıblar.


Argentinan heyətində Lionel Messi het-triklə yadda qalıb, Ekvadorun yeganə qolunu Romario İbarra vurub.

scroll top