» » » Bu gün “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayacaq

Bu gün “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayacaq


Bu gün Azərbaycanın “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayacaq. “Report” xəbər verir ki, VIII qrupda yer alan Naxçıvan təmsilçisi B yolunda 3 rəqiblə qüvvəsini sınayacaq.


Bunlar Rumıniyanın “Deva”, Maltanın “Sent Endryus”, eləcə də Bosniya və Herseqovinanın “Mostar” kollektivləridir. Joze Alesionun baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçını "Mostar"a qarşı keçirəcək.


Rumıniyanın Deva şəhərində İdman Sarayında baş tutacaq oyunlar 4 günü əhatə edəcək. Yalnız qrupun qalibi olacaq komanda elit-raunda vəsiqə qazanacaq.


UEFA kuboku


Əsas mərhələ, B yolu


VIII qrupu


I tur, 11 oktyabr


17:30. “Araz” (Azərbaycan) – “Mostar” (Bosniya və Herseqovina)


20:00. “Deva” (Rumıniya) – “Sent Endryus” (Malta)


II tur, 12 oktyabr


17:30. “Sent Endryus” – “Araz”


20:00. “Deva” – “Mostar”


III tur, 14 oktyabr


17:30. “Mostar” - “Sent Endryus”


20:00. “Araz” - “Deva”

scroll top