» » » Avroliqada çıxış etmiş Azərbaycan klubları UEFA-dan vəsaitlərini alıb

Avroliqada çıxış etmiş Azərbaycan klubları UEFA-dan vəsaitlərini alıb


2017-2018-ci il mövsümündə UEFA Avropa Liqası turnirində iştirak etmiş Azərbaycan klublarına UEFA-nın ayırdığı vəsaitin məbləği müəyyənləşib. 


ucarliyiq.biz-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avroliqanın II təsnifat mərhələsində mübarizəni dayandırmış "Zirə" və "İnter" hərəyə 440 min avro qazanıb. III təsnifat mərhələsində çıxışlarını başa vurmuş "Qəbələ"yə isə 460 min avro ayrılıb. Maliyyə vəsaitləri AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada "Zirə" və "Qəbələ"nin hesablarına köçürülüb. “İnter” üçün nəzərdə tutulmuş vəsait isə klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

scroll top