» » » UEFA seçmə mərhələlərdə təmsil olunan Azərbaycan klublarına vəsait ayırıb

UEFA seçmə mərhələlərdə təmsil olunan Azərbaycan klublarına vəsait ayırıb


UEFA Azərbaycanın 4 klubuna maliyyə vəsaiti ayırıb. ucarliyiq.biz-in məlumatına görə, vəsait kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərdən seçmə mərhələlərdə iştirak edən klublar üçün bölüşdürülüb. 


19 iyul 2016-cı il tarixli 39 nömrəli məktuba və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, “Qarabağ”a 75 450 avro, “Neftçi”yə 33 220 avro, “Qəbələ”yə 50 960 avro, “Kəpəz”ə isə 33 220 avro ödənilib. Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada köçürülüb. 

scroll top