» » » Azərbaycan Kuboku: "Qəbələ" və "İnter"in ilk rəqibləri müəyyənləşib

Azərbaycan Kuboku: "Qəbələ" və "İnter"in ilk rəqibləri müəyyənləşib

Azərbaycan Kuboku: "Qəbələ" və "İnter"in ilk rəqibləri müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda 2017/2018 mövsümünə start verilib. “Report” xəbər verir ki, ilkin mərhələdə iki matç keçirilib.


"Ağsu” ilə "Mil-Muğan”ının duelindən qonaqlar minimal hesablı qələbə ilə ayrılıb. MOİK isə evdə "Turan Tovuz”u məğlub edib.


Beləliklə, 1/8 finalda bu görüşlər olacaq: "Qəbələ" - "Mil-Muğan", "Şüvəlan" - "Səbail", "Zirə" - "Xəzər", "Neftçi" - "Zaqatala", MOİK - "İnter", "Kəpəz" - "Binə", "Qarabağ" - "Qaradağ Lökbatan" və "Sumqayıt" - "Sabah".


Növbəti mərhələnin oyunları noyabrın 29-da keçiriləcək.


Azərbaycan Kuboku


1/16 final


11 oktyabr (çərşənbə)


"Ağsu” – "Mil-Muğan” - 0:1


Qol: Vasif Mehrəliyev, 80


Ağsu şəhər stadionu


MOİK – "Turan Tovuz” - 2:1


Qollar: İsmayıl İbrahimli, 13. Qərib İbrahimov, 87 - Elnur Səmədov, 40


"Bakı” FK-nın təlim-məşq bazasının stadionu

scroll top