» » » “Barselona” 2016/2017 mövsümündə rekord məbləğdə gəlir əldə edib

“Barselona” 2016/2017 mövsümündə rekord məbləğdə gəlir əldə edib


İspaniyanın “Barselona” klubu 2016/2017 mövsümündə rekord məbləğdə gəlir əldə edib. 


“Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi “Twitter” hesabında məlumat yerləşdirilib.


Bildirilir ki, klubun qazancı 708 milyon avro olub. Xərclər isə 677 milyon avro təşkil edib. Başqa sözlə, klub 31 milyon avro xalis mənfəət əldə edib.


Qeyd edək ki, “Barselona” 2015/2016 mövsümündə 679 milyon avro gəlir götürüb. Kataloniya təmsilçisi bu yay braziliyalı Neymarı Fransa PSJ-sinə 222 milyon avroya satmaqla yeni rekord müəyyənləşdirib.

scroll top