» » » Azərbaycan çempionu UEFA kubokunun əsas mərhələsinə qələbə ilə başlayıb

Azərbaycan çempionu UEFA kubokunun əsas mərhələsinə qələbə ilə başlayıb

Azərbaycan çempionu UEFA kubokunun əsas mərhələsinə qələbə ilə başlayıb

Buxarest. 11 oktyabr. Azərbaycanın “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsi çərçivəsində keçirdiyi ilk oyununu qələbə ilə başa vurub.


ucarliyiq.biz-in Şərqi Avropa bürosu xəbər verir ki, Rumıniyanın Deva şəhərindəki İdman Sarayında baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi Bosniya və Herseqovina çempionu “Mostar”ı 5:2 hesabı ilə məğlub edib. Birinci hissədə meydanı 3:1 hesablı qələbə ilə tərk edən „Araz” komandası fasilədən sonra da üstünlüyünü davam etdirib. Rəqib qapısından daha 2 top keçirən Naxçıvan təmsilçiləri qapısında 1 qol görüb.


VIII qrupda yer alan “Deva” (Rumıniya) – “Sent Endryus” (Malta) cütlüyünün qarşılaşması isə Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Azərbaycan çempionu növbəti oyununu sabah Maltanın „Sent Endryus” klubuna qarşı keçiriəcək.Qeyd edək ki, qrupun qalibi olacaq komanda elit-raunda vəsiqə qazancaq.

scroll top