» » » Meksikanın "Reboseros de la Pyedad" komandasının futbolçuları yol qəzasına düşüb

Meksikanın "Reboseros de la Pyedad" komandasının futbolçuları yol qəzasına düşüb


Meksikanın "Reboseros de la Pyedad" komandasının 27 futbolçusunu daşıyan avtobus qəzaya düşüb. 


ucarliyiq.biz-in məlumatına görə, hadisə Mexiko şəhərindən Kuernavakaya gedən yolda baş verib.


Əyləcində problem yarandığı üçün nəqliyyat vasitəsi maili yolda çevrilib. Nəticədə 8 futbolçu yaralanıb. 


Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.


Qeyd edək ki, "Reboseros de la Pyedad" Meksikanın aşağı divizionu matçında "Alkones Morelos"la üz-üzə gəlməli idi.

scroll top