» » » Dmitri Nazarov: "10 xal topladığımız üçün çoxlu tərif aldıq"

Dmitri Nazarov: "10 xal topladığımız üçün çoxlu tərif aldıq"


"Biz böyük uğurlar əldə etmişik. Azərbaycan millisi heç vaxt seçmə mərhələlərdə 10 xal toplamayıb. Buna görə çoxlu tərif aldıq”. 


“Report” xəbər verir ki, bunu “Bild”ə açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki çıxışlarını dəyərləndirərkən deyib.


27 yaşlı hücumçu son tsikldə Almaniya yığmasına qarşı iki oyun keçirməyin sevindirici hal olduğunu söyləyib. O, bildirib ki, oktyabrın 5-də Çexiya ilə Bakıdakı görüşdə qasıq nahiyyəsindən zədə alıdığı üçün 67-ci dəqiqədə əvəzlənib və 3 gün sonra Bundestimlə səfər matçında 69-cu dəqiqədə meydana daxil olub: “Dünya çempionuna qarşı iki dəfə oynadığımız üçün xoşbəxtik. Qasıq nahiyyəmdə zədə vardı. Ona görə də Almaniyaya ilə görüşdə cəmi 20 dəqiqə meydanda oldum”.


II Bundesliqada “Ertsgebirge Aue”nin formasını geyinən Nazarov oktybarın 15-də “Qröyter Fürt”lə səfərdə keçirəcəkləri X tur görüşünədək zədəsini tam sağaldacağını və meydana çıxmağa hazır olacağını söyləyib: “Rəqib hücum futbolu sərgiləyir və təhlükəlidir. Baş məşqçi dəyişikliyindən sonra çox şey etmək istəyirlər. Döyüş xarakterli oyun olacaq. Birgünlük məşqə ara vermişəm. “Qröyter”lə qarşılaşmaya hazır olacağam”.


Qeyd edək ki, “Ertsgebirge Aue” hazırda 13 xalla 9-cu pillədə qərarlaşıb.

scroll top