» » » İngiltərə yığmasının keçmiş futbolçusu karyerasını 49 yaşında bərpa edib

İngiltərə yığmasının keçmiş futbolçusu karyerasını 49 yaşında bərpa edib


İngiltərə milli komandasının və "Arsenal" klubunun sabiq yarımmüdafiəçisi Pol Merson 49 yaşında futbolçu karyerasını bərpa etməyi qərara alıb.


ucarliyiq.biz-in BBC-yə istinadən verdiyi məlumata görə, Merson Uels çempionatının IV Divizionunda çıxış edən "Kerau" ilə müqavilə bağlayıb. Onun yeni komandasında ilk matçını oktyabrın 18-də keçirəcəyi gözlənilir.


Qeyd edək ki, Pol Merson karyerası ərzində "Arsenal"la Kuboklar Kuboku, İngiltərə Kuboku, Liqa Kuboku qazanıb. O, İngiltərə yığmasının heyətində 1998-ci il dünya çempionatına qatılıb. 2006-cı ildə karyerasını başa vurmuş Mersonun son klubu İngiltərə V Divizionunda çıxış edən "Tamuort" olub.

scroll top