» » » Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları müəyyənləşib

Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları müəyyənləşib

Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları müəyyənləşib
© Reuters

15 oktyabrda Albaniyanın paytaxtı Tiranada 20 və 23 yaşadək ağırlıqqaldıranlar arasında start götürəcək Avropa çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb.


Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bir həftəyədək davam edəcək yarışda 9 atlet mübarizə aparacaq.


Elnarə Abbasova (63 kq), Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq) və Hüseyn Rüstəmov (94 kq) U-20-nin heyətində yer alıblar. 23 yaşadək atletlərin yarışında isə Azərbaycanı Mərziyyə Məhərrəmova (48 kq), Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (+105 kq) təmsil edəcəklər.


Qeyd edək ki, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir.

scroll top