» » » Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifiyə qarşı araşdırmalara başlanılıb

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifiyə qarşı araşdırmalara başlanılıb


İsveçrənin federal prokurorluğu Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifiyə qarşı iş açıb.


“Report” ESPN-ə istinadən xəbər verir ki, qətərli funksioner baş direktoru olduğu “BeIN Media Group” şirkəti tərəfindən 2018, 2022 və 2026-cı illərdə keçiriləcək futbol üzrə dünya çempionatlarının yayım hüququnu korrupsiya yolu ilə əldə etməkdə şübhəli bilinir.


İstintaq FİFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verilməsi ilə bağlı aparılır. Artıq bu şəxs məsələ ilə bağlı dindirilib və onun Fransa, Yunanıstan, İtaliya və İspaniyadakı əmlaklarında axtarış aparılıb.


Qeyd edək ki, Jerom Valke ötən il DÇ-2014-ün bilet satışı zamanı fırıldağa yol verməkdə şübhəli bilindiyi üçün FİFA-nın baş katibi postundan uzaqlaşdırılıb.

scroll top