» » » Məşhur futbolçu Corc Vea Liberiyada baş tutan prezident seçkilərində liderlik edir

Məşhur futbolçu Corc Vea Liberiyada baş tutan prezident seçkilərində liderlik edir


Ötənlərin məşhur afrikalı futbolçusu Corc Vea çərşənbə axşamı Liberiyada baş tutan prezident seçkilərində liderlik edir.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Liberiya Milli Seçki Komissiyasının sədri Cerom Korkoya istinadən “Reuters” məlumat yayıb.


İlkin məlumatlara əsasən, Vea ölkənin 15 regionundan 10-da qalib gəlmək üzrədir. Bir qədər sonra MSK bütün ölkə üzrə hesablanmış səslərin nəticələrini açıqlamalıdır.


Əgər 20 namizəddən heç biri birinci turda qalib gəlmək üçün lazım olan 50 faizdən çox səs toplaya bilməsə, o zaman ikinci turun keçirilməsinə ehtiyac yaranacaq.

scroll top