» » » "Neftçi" klubu 2 legioneri ilə müqavilə müddətini uzadıb

"Neftçi" klubu 2 legioneri ilə müqavilə müddətini uzadıb


"Neftçi" klubu 2 futbolçusu ilə müqavilə müddətini uzadıb. ucarliyiq.biz-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İqnasio Errera və Uqo Barqasdır. 


Çilili yarımmüdafiəçi və fransalı hücumçu ilə yeni anlaşma cari mövsümün sonunadək nəzərdə tutulub. Onların hazırkı müqaviləsi dekabradək idi. 


Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının VIII turunda "Səbail"in qonağı olacaq. Oktyabrın 15-də "Dalğa Arena"da keçiriləcək görüş saat 18:30-da başlanacaq. 

scroll top