» » » Rahid Əmirquliyev: "Kimin şübhəsi varsa, gəlsin, onun üçün himn oxuyum"

Rahid Əmirquliyev: "Kimin şübhəsi varsa, gəlsin, onun üçün himn oxuyum"

Rahid Əmirquliyev: "Kimin şübhəsi varsa, gəlsin, onun üçün himn oxuyum"

"Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev Azərbaycan millisinin heyətində səfərdə Almaniya yığması ilə keçirdikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl himn oxumamasının səbəbini açıqlayıb.


ucarliyiq.biz-in məlumatına görə, təcrübəli yarımmüdafiəçi jurnalistlərə açıqlamasında himni hər zaman ifa etdiyini bildirib. O, həyəcandan belə bir halın baş verdiyini təkzib edib: "Ola bilsin, hansısa epizodda oxumağım düşməyib. Lakin bu, o demək deyil ki, himni bilmirəm. Kiminsə şübhəsi varsa, gəlsin, şəxsən onun üçün oxuya bilərəm".


Qeyd edək ki, Rahid Əmirquliyev Almaniya ilə oyunda Azərbaycan millisinin kapitanı funksiyasını yerinə yetirib. 

scroll top