» » » Azərbaycan millisinin kapitanı: "İstəyirəm ki, Prosineçki qalsın"

Azərbaycan millisinin kapitanı: "İstəyirəm ki, Prosineçki qalsın"

Azərbaycan millisinin kapitanı: "İstəyirəm ki, Prosineçki qalsın"

"Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev səfərdə "İnter"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. ucarliyiq.biz-in məlumatına görə, Əmirquliyev əvvəlcə oyunun çətin keçməsinin səbəbini açıqlayıb...


- Belə vəziyyətdə olan meydanda futbol oynamaq çox çətin idi. Nə top saxlamaq, nə də ötürmə vermək olurdu. Bərbad örtükdə istədiyin oyunu sərgiləyə bilmirsən.


- Bu qələbə “Atletiko” oyun üçün motivasiya verəcək?


- Əlbəttə, 3 xal qazanmaq yaxşı haldır. Çempionatda liderik. Mövqeyimizi qorumaq istəyirik. Ona görə də meydana qələbə üçün çıxmışdıq.


- Belə görünür ki, "Qarabağ" II dövrədə rəqiblərindən daha çox aralanacaq...


- Hər şey ola bilər. Bu, futboldur. Amma biz bütün oyunlara eyni motivasiya ilə çıxmağa çalışırıq. Rəqiblərdən kimin xal itirə biləcəyini düşünmürük. Bizə yalnız öz oyunumuz maraqlıdır.


- Qarşıda “Atletiko” ilə oyun gəlir. Çoxları bu komandanın adını eşidəndə həyəcanlanmağa başlayır. Siz necə?


- Düzdür, “Atletiko” Çempionlar Liqasında son 3 ildə 2 dəfə finala çıxıb. Bizi çox çətin oyun gözləyir. Amma bu, həm də təcrübə olacaq. Çalışacağıq ki, millətimiz üçün baxımlı oyun göstərək. Eyni zamanda nəticə də çoxvacibdir.


- Sensasiya edəcəyinizə inamınız var?


- Özümüzə inanırıq. Amma reallıq odur ki, “Atletiko” güclüdür. Ancaq meydana vaxt keçirməyə çıxmayacağıq. 3 xal və yaxşı oyun üçün mübarizə aparacağıq.


- Deyəsən, millidə kapitanlıq sarğın Robert Prosineçkiyə düşməyəcək. Çünki onun millidən gedəcəyi gözlənilir. Onun qalıb-getməsi barədə hansı fikirdəsən?


- Bu AFFA-nın işidir. Kimi gətirib kimi çıxarmağı onlar yaxşı bilərlər. Amma mən istərdim ki, Prosineçki qalsın, işini davam etdirsin. Amma AFFA necə qərar verəcəksə, o da olacaq.


- Almaniya ilə oyundan sonra Prosineçki sizinlə vidalaşdı?


- O, oyundan sonra evinə getdi, biz də bura qayıtdıq. Dedi ki, 17-18 oktyabrda Bakıda olacağam. Başqa cür vidalaşmadı.

scroll top